Çində 56 maşının iştirakı ilə baş verən zəncirvarı qəzada ölənlərin sayı 17-yə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.
İnsident Pekin-Kunmin magistralında baş verib. Hadisə nəticəsində 17 nəfər ölüb, 37 nəfər xəsarət alıb. İlkin versiyaya əsasən, kütləvi qəzaya yağan sulu qar səbəb olub. Əsasən yük maşınları toqquşub. Yolun hər iki istiqamətdə bağlandığı bildirilir.