Uruqvay mediasında erməni böhtanlarına cavab verilib

Uruqvay mediasında erməni böhtanlarına cavab verilib
# 05 sentyabr 2016 08:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Uruqvayın "La Republica" qəzetinin və Uruqvay Xəbərlər Agentliyinin (UYPRESS) internet portallarında “Ermənistan Azərbaycan ərazilərini işğal edir” və “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir” adlı məqalələr dərc olunub.

Azərbaycan XİN-dən APA-ya verilən məlumata görə, məqalələr sentyabrın 2-də Montevideoda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “25-ci müstəqillik günü” ilə bağlı keçirilmiş “Dağlıq Qarabağ Forumu” adlı tədbirlə əlaqədar qərəzli, təhrif edilmiş məlumatlara əsaslan yazılara cavab məqsədi daşıyır və Azərbaycan diplomatik nümayəndəliyinin təşəbbüsü ilə dərc edilib.

Məqalələrdə XİN-in 30 avqust 2016-cı il tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olması və beynəlxalq ictimaiyyət tərəfindən ölkənin tərkib hissəsi kimi tanınması, Ermənistanın Dağlıq Qarabağ və 7 rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazisini işğal etməsi, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirərək 1 milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirməsi, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı işğal altındakı ərazilərdən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmasını tələb edən sənədlər barədə danışılıb.

Yazılarda Uruqvayın erməni icmasının keçirdiyi "Dağlıq Qarabağ Forumu" adlı tədbirin təxribatçı məqsədlərlə təşkil edildiyi, bu tədbirin münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirdiyi, regionda davamlı sülhün təmin olunması istiqamətində səylərə fayda vermədiyi, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət etdiyi bildirilib.

Yazılara Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin göstərən xəritə də əlavə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR