Bakı-APA. Kanadanın Nyu-Bransuik əyalətində helikopter qəzaya uğrayıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Kempbelton şəhəri yaxınlığında baş verib.
Helikopter elektrik xətlərinə ilişərək yerə düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə məlumat verilmir.
Məlumata əsasən, qəza səbəbindən Nyu-Bransuik əyalətində 14 min ev elektrik enerjisiz qalıb.