“Bu suallar mənə yox, DİM-ə, Təhsil Nazirliyinə yönəlməlidir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva buraxılış və qəbul imtahanlarında yüksək hərarəti müşahidə olunan abituriyentlərə bu il ali məktəbə qəbul üçün yeni imkanların yaradılıb-yaradılmayacağı barədə Operativ Qərargahda müzakirə aparılıb-aparılmadığı barədə sualı cavablandırarkən deyib.
Y. Qarayeva deyib ki, bu, TƏBİB-in qərar verəcəyi bir məsələ deyil.