İcbari Sığorta Bürosunun Nizamnaməsinə dəyişikliklər edilib

İcbari Sığorta Bürosunun Nizamnaməsinə dəyişikliklər edilib
# 24 noyabr 2016 13:49 (UTC +04:00)

İcbari Sığorta Bürosunun (İSB) nizamnaməsinə dəyişikliklər edilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 10 mart tarixli, 828 nömrəli fərmanına və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 4 mart 2016-cı il tarixli qanununa əsasən, İcbari Sığorta Bürosunun Nizamnaməsində “sığorta nəzarəti orqanı” sözləri ismin müvafiq hallarında “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilib və Ədliyyə Nazirliyində 23 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq 3-cü redaksiyada təsdiq edilib.

Həmçinin, nizamnamənin 6.2 maddəsinə uyğun olaraq Himayəçilər Şurasının üzvlərinin tərkibində olan Maliyyə Nazirliyinin nümayəndələri maliyyə bazarlarına nəzarət orqanının iki nümayəndəsi ilə əvəz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR