Prokuror vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxsə 11 illik həbs cəzası istəyib

Prokuror vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxsə 11 illik həbs cəzası istəyib
# 22 noyabr 2016 10:39 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yaşar Səmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmədə də sübuta yetirildiyini deyib.

Prokuror Y. Səmədova 11 il həbs cəzası istəyib.

Proses dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından istifadə edərək, onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini, əvvəllər dələduzluq etdiyinə görə dəfələrlə məhkum olunmuş Yaşar Səmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.Səmədov vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu mənimsəyib. Saxlanılan şəxs adamları əsasən işə düzəltmək adı ilə aldadaraq onlardan pul alıb, lakin sonradan verdiyi vədləri yerinə yetirməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR