Keniya nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyirik

Keniya nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyirik
# 12 dekabr 2023 11:56 (UTC +04:00)

“Mən Keniyadan gəlmişəm. Biz iqlim təşəbbüslərində ön cəbhədəyik, bizim Prezidentimiz həmişə bu məsələdə öndədir. Mən Keniyada UNDP-nin nümayəndəsiyəm. Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyirəm. Həmçinin, iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyət, addımlar gözləyirəm”.

APA xəbər verir ki, bunu Keniyadan olan nümayəndə Cozef Njuguna deyib.

O, vədlərdən konkret addımların reallaşmasına keçid etməyə ehtiyac olduğunu bildirib.

“Biz vədlərin reallaşmasını görmək istəyirik. Bunun üçün isə xüsusilə də inkişaf etməkdə olan ölkələrin maliyyə mexanizmlərinə ehtiyacımız var. Bizim hamımızın iqlim dəyişikliyi ilə mübarizə barədə vədlərimiz var, amma bu kifayət deyil. Maliyyə dəstəyinə, iqlim dəyişikliyi ilə mübarizə sahəsində fondlara ehtiyacımız var. Biz iqlim dəyişikliyinin nəticələrindən həqiqətən əzab çəkən ölkələrdənik. Bizim gözləntilərimiz və əldə etdiklərimiz arasında böyük uçurum var. Mən ümid edirəm ki, gələn il Azərbaycanda keçiriləcək iqlim konfransında iştirak etmək fürsətim olacaq. Mən bütün heyətimlə öz təqdimatımızı etmək üçün Bakıya gəlməyə çalışacağam”.

Cozef Njuguna Afrikada İqlim dəyişikliyi ilə mübarizə səylərinə dəstək də istəyib:

“İqlim dəyişikliyi ilə mübarizə səylərində bu problemdən ən çox əziyyət çəkən Afrika qitəsindəki ölkələr həmrəyliklə digər inkişaf etmiş ölkələrin üzərinə təzyiq edir. İnkişaf etmiş ölkələr hər hansı bir problem görmürsə, həmin problem mövcud olsa belə onunla bağlı həll yolunun təqdimatı və reallaşması çətindir. Yəni, rəqəm baxımından biz çox olar bilərik, amma qərarvermədə bu belə deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR