Lavrovun müavini: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir"

Lavrovun müavini: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir"
# 29 may 2024 09:01 (UTC +04:00)

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyası Çərçivə Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Müstəqillik Günü münasibəti ilə keçirilən tətntənəli qəbulda iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O, qeyd edib ki, beynəlxalq konvensiyaların əsasında ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə beynəlxalq münasibətlərin ən vacib istiqamətlərindən biridir. “Bu, həm də Azərbaycan və Rusiya diplomatiyasının ən vacib isyiqamətlərindən biridir. Əlbəttə ki, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyası Çərçivə Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacib və əlamətdar hadisədir. Ona görə də, biz Azərbaycana uğurlar arzulayırıq. Əlimizdən gələni edəcəyik ki, bu tədbir həm qlobal miqyasda ətraf mühitin qorunması ilə mübarizə üçün, həm də ölkələrimiz üçün müsbət keçsin”, deyə rusiyalı nazir müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR