"Hər bir ölkə COP29 çərçivəsində iqlim maliyyəsinin təminatı üçün səmərəli həll yollarının tapılmasında aktiv iştirak edərək, öz strategiyasını açıqlamalıdır".
APA xəbər verir ki, bu fikirləri "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında Marşall Adaları Hökumətinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Tina Stege söyləyib:
"Bu tədbirdə qeyd olunduğu kimi, iqlim dəyişikliyi məsələsi ilə mübarizə təkcə dövlət qurumlarının deyil, həm də qeyri-hökumət təşkilatları və beynəlxalq maliyyə institutlarının da məsuliyyətindədir. Burada əsas məsələ ondan ibarətdir ki, COP29-un işində iştirak edəcək tərəflər həmin məsuliyyəti yetərincə dərk edərək, qlobal iqlim maliyyəsi sahəsində ortaq nəticə əldə edə bilsinlər. Çünki planetimizin bu sahədə üzləşdiyi problemləri yalnız effektiv maliyyələşmə üsulu ilə dəf etmək olar. Hər bir ölkə COP29 çərçivəsində iqlim maliyyəsinin təminatı üçün səmərəli həll yollarının tapılmasında aktiv iştirak edərək, öz strategiyasını açıqlamalıdır".