BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib
# 01 iyul 2020 15:23 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100183S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 13 investor tərəfindən qiymət 99,4966 manat (6,51%) 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 525 941 500 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 manat (6,51%), orta ölçülmüş qiyməti 99,4966 manat (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 29 iyul 2020-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR