AZAL bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırır

AZAL bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırır
# 14 mart 2020 20:12 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır”.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR