Bu il ekologiya ilə bağlı ixtisaslara, əsasən də ekologiya mühəndisliyi, iqlim mühafizəsi, meşəçilik ixtisaslarına daxil olan tələbələrin sayı artıb.
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda beynəlxalq elmi konfransda deyib.
O, həmçinin deyib ki, təhsil proqramlarına müvafiq dəyişiklər edilməlidir.
“Biz əgər gənclərin iqlim savadlılığının artırılmasını istəyirksə, bu istiqamətdə onların bacarıqlarının artırılmasına xüsusi diqqət ayırmalıyıq. Bu bacarıqlar vasitəsi ilə biz bərpa olunan enerji mənbələrindən daha yaxşı istifadə edib, tullantıları idarə edə bilirik" - deyə nazir müavini əlavə edib.