Nazir: Pakistan COP29-a sədrliyi dövründə Azərbaycanı tam dəstəkləyəcək

Nazir: Pakistan COP29-a sədrliyi dövründə Azərbaycanı tam dəstəkləyəcək
# 30 may 2024 12:44 (UTC +04:00)

Biz qardaş Azərbaycanı COP29-a ev sahibliyini qazanması münasibətilə təbrik edirik.

APA xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Pakistan COP29-a sədrliyi dövründə Azərbaycanı tam dəstəkləyəcək.

“Bizim ölkələrimiz iqlim dəyişikliyi və bərpaolunan enerji sahələrində də əməkdaşlığın inkişafı istiqamətində çalışacaq”, - nazir əlavə edib.

Məhəmməd İshaq Dar deyib ki, bugünkü görüşdə regional və qlobal məsələlər, o cümlədən Qəzzadakı vəziyyət də müzakirə edilib.

“Hər iki ölkə çoxtərəfliliyi və beynəlxalq hüquqa hörməti dəstəkləyir. Azərbaycan və Pakistan hər zaman beynəlxalq platformalarda bir-birini dəstəkləyib və bu davam edəcək.

Biz Azərbaycanın Cəmmu və Kəşmir məsələsində prinsipial və dəyişməz mövqeyini qiymətləndiririk. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, BMT sənədlərinə əsaslanır”, - XİN rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR