Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə bu ilin yanvar-sentyabr ayları ərzində 7214,6 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 225 kilometr qaz kəməri əsaslı təmir olunub.
Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-sentyabr aylarında 158 yaşayış məntəqəsi qazlaşdırılıb.