İsmayıllıda at ətinin satışı ilə məşğul olan şəxs tutulub

İsmayıllıda at ətinin satışı ilə məşğul olan şəxs tutulub
# 05 sentyabr 2016 07:48 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı rayonunda at ətinin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən anonim məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayından sentyabradək üç dəfə qanunsuz at ətinin satışı ilə məşğul olan şəxs saxlanılıb.

İsmayıllı şəhərinin Cavanşir küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu gizlin şəkildə qanunsuz olaraq rayonun Qarabaş qəsəbəsində yerləşən fermada 3 baş atı kəsərkən tutulub.

Ondan 300 kq at əti müsadirə olunub və İsmayıllı rayon Baytarlıq İdarəsinə təhvil verilib.

Ət müayinə olunmaq üçün Respublika Dövlət Baytarlıq Laboratoriyasına göndərilib.

Qeyd edək ki, V. Ziriyev bu ilin mayında İsmayıllının Mican kəndi ərazisində 10 baş atı kəsərək 800 kiloqram əti satmaq üçün Bakıya apararkən tutulmuşdu.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR