"ADY-Konteyner": Koronavirus İran-Azərbaycan yükdaşımalarına ciddi təsir etməyəcək

"ADY-Konteyner": Koronavirus İran-Azərbaycan yükdaşımalarına ciddi təsir etməyəcək
# 11 mart 2020 12:48 (UTC +04:00)

Koronavirusla (COVID-19) əlaqədar yaranmış vəziyyət İrandan Azərbaycan istiqamətində yükdaşımalara ciddi təsir göstərməyəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə “Caspian European Club”ın Bakıda təşkil etdiyi Beynəlxalq "Transport B2B Forum"u çərçivəsində "ADY-Konteyner" MMC-nin biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov jurnalistlərə bildirib.

Onun sözlərinə, regionda yayılma təhlükəsi olan koronavirus logistika sahəsində bir sıra problemlər yaradıb. İrandan gələn yükdaşımalarda azalma nəqliyyat sahəsində deyil, logistika sahəsində qeyd alınıb. Çünki anbarda nəqletməyə məhsulu olmursa, bu, artıq logistika ilə bağlı problemdir.

R. Məcidov onu da əlavə edib ki, Azərbaycanın əsas daşıma istiqaməti olan Çində bəzi müəssisələr və zavodlar istehsalın həcmini aşağı salıb. Hər il konteynerlə yükdaşımalar ən azı 50% artır: "Eyni dinamikanı bu ildə gözləyirik. Koronavirusun nəqliyyat sahəsinə böyük təsiri olacağını proqnozlaşdırmırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR