DTX-nın saxladığı qəzet redaktorları barəsində həbs qətimkan tədbiri seçilib

DTX-nın saxladığı qəzet redaktorları barəsində həbs qətimkan tədbiri seçilib
# 08 dekabr 2016 11:24 (UTC +04:00)

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan qəzet redaktorları barəsində həbs qərarı verilib.

 

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev və onlarla birlikdə saxlanılan digər şəxslərin hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

DTX-nın mətbuat xidmətinin bununla bağlı yaydığı xəbərdə bildirilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılarkən Azərbaycan ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

 

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR