“Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) ilə qurmaq istədiyi ticarət tərəfdaşlığı təşkilat üçün qəbuledilməzdir”.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin "Brexit" danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnier Brüsseldə keçirilən forumda çıxışı zamanı deyib.
O bildirib ki, Britaniyanın Aİ ilə qurmaq istədiyi ticarət tərəfdaşlığı təşkilata üzv ölkənin malik olduğu imtiyazlara çox yaxındır və bu cür tərəfdaşlıq Aİ üçün qəbuledilməzdir.
M. Barnier qeyd edib ki, Britaniya Kanada, Yaponiya və digər tərəfdaşlardan daha çox Aİ-dən imtiyaz tələb edir.