2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilir.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Sərtləşdirilmiş karantin günlərində fəaliyyət göstərəcək apteklərin ünvanları, iş saatı və evə çatdırılma xidmətindən istifadə üçün telefon nömrələri barədə məlumat www.koronavirusinfo.az saytında yerləşdirilməlidir.