Sabiq baş nazir: İqlim dəyişikliyinin fəsadlarından hamı əziyyət çəkir

Sabiq baş nazir: İqlim dəyişikliyinin fəsadlarından hamı əziyyət çəkir
# 19 iyun 2024 14:37 (UTC +04:00)

Bu gün hamı iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkir.

APA xəbər verir ki, bunu Çex Respublikasının sabiq Baş naziri (2009-2010) Yan Fişer Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantıda deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə gecikmək olmaz: "Zamanımız tükənir. Emissiyaların böyük qismi müəyyən ölkələrin payına düşür və onun nəticələrindən bütün planet əziyyət çəkir, planetimiz zəhərlənir".

O çıxışında Bakının iqlim konfransına ev sahibliyinə də toxunub: "Azərbaycan hökuməti bu böyük tədbirə hazırlaşmaq üçün əlindən gələni edir, yüksək məsuliyyəti başa düşür".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR