“Biz təqdim etdiyimiz həllərlə yerli icmaların fikirləri üst-üstə düşməlidir”.
APA xəbər verir ki, bunu Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib.
O bildirib ki, irəliyə getməyin yolu yalnız əməkdaşlıq, çoxtərəfli prosesdir:
“Biz bütün səsləri dinləməliyik. Bütün insanları bu prosesə cəlb etməliyik. İstəyirik ki, həll tapaq və sürətli şəkildə iqlim dəyişikliyi problemində irəliləyişə nail olaq”.