Nazirlik: Yeni nəşr olunmuş dərsliklər məktəblərə paylanılıb

Nazirlik: Yeni nəşr olunmuş dərsliklər məktəblərə paylanılıb
# 30 avqust 2016 14:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil Nazirliyi sentyabrın 5-dək bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bildirilib ki, yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

Təhsil Nazirliyi şagirdlərə və onların valideynlərinə xəbərdarlıq edib ki, sentyabrın 5-dək aidiyyəti məktəblərdən dərslikləri əldə etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR