“Amrahbank” ASC-nin aktivlərinin həcmi 2016-cı ilin III rübündə 262,150 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,1% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6% artaraq 139,456 mln. manat olub.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 38,5% artaraq 205,527 mln. manata çatıb.
Bir il ərzində bankın məcmu kapitalı 16,5% artaraq 56,623 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.