“Bizə lazım olan resurslar burdadır və istəyirəm ki, 3 məsələni nəzərinizə çatdırım. Müxtəlif ssenarilər üzrə bizim planetimizi və bəşəriyyətimizi xilas etmək üçün 10-15 il vaxtımız qalıb. Biz dərhal fəaliyyətə keçməli, bütün dövlətlər, əhəmiyyətli siyasətçilər bu fəaliyyətə qoşulmalıdır”.
APA xəbər verir ki, bunu Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının (UCLG) Baş Katibinin xüsusi müşaviri Firdaous Oussidhoum deyib.
O bildirib ki, icmalar səviyyəsində təsir mexanizmləri yaradılmalıdır: “İqlim fəsadları sərhədlərin aşır. Biz doğru strategiya fəaliyyət yaratmalıyıq. İnanırıq ki, beynəlxalq əməkdaşlıq icmalar arasında formalaşan fikirlər əsasında qurulmalıdır. Bundan başqa COP29-da bu gündəliyin olmasına sevinirik və həmrəylik nümayiş etdirməliyik. Təkcə vəsaitlərin toplanması deyil, bizə bütün icmaların iştirak etməsi önəmlidir. Biz mütləq bərabərliyi təmin etməliyik”.