Rusiya İstintaq Komitəsi: Telman İsmayılovun qardaşı iki ay əvvəl həbs olunub

Rusiya İstintaq Komitəsi: Telman İsmayılovun qardaşı iki ay əvvəl həbs olunub
# 21 noyabr 2016 12:29 (UTC +04:00)

İş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki ay əvvəl Moskva ətrafında həbs olunub.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yelena Fokina deyib.

 

O bildirib ki, hazırda araşdırma gedir.

 

“Mövzunun niyə məhz indi aktuallaşdığını anlamıram”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, R. İsmayılov iki iş adamının qətlində günahkar bilinir. Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, onun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR