Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzInTelecom” MMC beynəlxalq keyfiyyət sertifikatını (ISO/IEC 20000-1:2011) əldə edib.
Nazirlikdən “APA-Economcis”ə verilən xəbərə görə, bu sertifikat müştərilərinə beynəlxalq tələblərə uyğun keyfiyyətli İT xidmətləri göstərən müəssisələrə verilir.
Keyfiyyət sertifikatlaşdırılması üçün 1864-cü ildə təsis olunan və QVI (Quality Veritas International) şirkətinin vasitəçiliyi ilə Azərbaycana təqdim olunan Norveçin DNV GL (Det Norske Veritas Germanischer Lloyd) şirkəti seçilib. 2016-cı ilin aprelində daxili prosedur və təşkilatı işlərin normaları üçün ISO/IEC 20000-1:2011 beynəlxalq keyfiyyət sertifikatının alınması ilə bağlı işlərə başlanılıb. Sentyabrda aparılan ilkin, noyabrda isə final audit nəticədə heç bir ciddi uyğunsuzluq aşkar edilməyib və “AzInTelecom” MMC-yə ISO/IEC 20000-1:2011 keyfiyyət sertifikatının verilməsi üçün qərar qəbul edilib.
Növbəti addım xidmətlərin daha da yaxşılaşdırılması üçün həyata keçirilən işlərin davam etdirilməsi və informasiya təhlükəsizliyi üzrə “ISO 27001:2013” standartının əldə olunmasıdır. Nəticədə, “Azıntelecom” MMC IT standartları üzrə beynəlxalq informasiya təhlükəsizliyi norma və tələblərə cavab verən data mərkəzi xidmətləri göstərən etibarlı xidmət provayderi olacaq.
Məlumat üçün qeyd edək ki, “AzInTelecom” MMC bu sertifikatdan öncə regionda TEİR III sertifikatı almış yeganə data mərkəzidir.