Göygöldə 8 otaqlı ev yanıb

Göygöldə 8 otaqlı ev yanıb
# 04 sentyabr 2016 19:05 (UTC +04:00)

Bakı-APA. Göygöldə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Yeni Zod kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR