Avqustun 31-də UNEC-in ev sahibliyi ilə COP 29-a həsr olunan Beynəlxalq Multidissiplinar Simpozium keçiriləcək.
Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
“BMT-COP29: Müasir sivilizasiyanın aktual problemlərinin həllində dünya alimlərinin rolunun gücləndirilməsi. Ətraf mühitin mühafizəsi və yaşıl gündəm” mövzusunda təşkil olunacaq beynəlxalq simpoziumda Azərbaycan, Çin, Qazaxıstan, Hindistan, Gürcüstan, Rusiya, Moldovadan olan alimlərin iştirakı ilə bir-birindən maraqlı müzakirələr aparılacaq.
Müzakirələr əsasən, milli iqtisadiyyatın enerji tutumu, ekoloji strategiyalar, karbon neytrallığı, yeni çirkləndiricilərə nəzarət, istixana qazlarının emissiyaları, rəqəmsallaşmanın qlobal problemlərin həllində rolu, Xəzər dənizinin, göllərin, eləcə də təbii və təmizlənmiş tullantı sularının toksikliyinin monitorinqi, ekoloji təmiz təbiət, Azərbaycanda ekoəczaçılıq vasitələrinin inkişafı və yaradılması, iqlim dəyişikliyi geosiyasətində qloballaşma faktoru, sosial problemlərin həllində elmin rolu, ətraf mühitin mühafizəsində beynəlxalq ənənələr və s. mövzularda olacaq.