UNFCCC-nin icraçı katibi dünya dövlətlərini iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell)

© APA | BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell)

# 03 sentyabr 2024 09:38 (UTC +04:00)

Dövlətləri iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırırıq.

APA xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell) deyib.

O bildirib ki, beynəlxalq iqlim planları hazırlanmalıdır, Paris Sazişinin əsas tələblərindən biri də budur: "Ölkələri iki illik iqlim dəyişmələri hesabatını təqdim etməyə dəvət edirik. BMT hər zaman bu istiqamətdə istənilən dövlətə kömək etməyə hazırdır. Bu iqlim dəyişmələri ilə bağlı aparılan proseslərin şəffaflığı üçün olduqca vacibdir. Bakı COP29- a uğurlar arzulayıram. Bu, Azərbaycan üçün də çox yaxşı, əvəzolunmaz fürsətdir. Daha yaxşı iqlim üçün bu fürsətdən istifadə etmənizi arzulayıram".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR