® Azərbaycana gətirilən Ferrero məhsulları İtaliya və Polşada istehsal olunur

<font color=red>® </font> <b> Azərbaycana gətirilən Ferrero məhsulları İtaliya və Polşada istehsal olunur</b>
# 22 noyabr 2016 08:00 (UTC +04:00)

Ferrero şirkəti sosial şəbəkələrdən Azərbaycan mediasına yayılmış məlumatın həqiqətə uyğun olmadığını bəyan edib. Şirkət bildirib ki, Azərbaycana gətirilən bütün Ferrero məhsulları İtaliya və Polşada istehsal olunur. Bu məhsulların Azərbaycanda idxalçısı yerli distribüter şirkətidir.

Biz Ferrero şirkətinin rəsmi açıqlamasını diqqətinizə çatdırırıq.

“Əvvəlcə Azərbaycan bazarının Ferrero şirkəti üçün böyük önəm daşıdığını və azərbaycanlı alıcılara dünyaca məşhur keyfiyyətli məhsullarımıza göstərdikləri marağa və rəğbətə görə təşəkkürümüzü bildiririk. Azərbaycan auditoriyasının hər bir xırda narahatlığı bizim üçün birinci dərəcəli əhəmiyyətə malikdir.

Bildirmək istəyirik ki, ENGIN Ltd. adlı Azərbaycan şirkəti 2004-cü ildən Ferrero məhsullarının Azərbaycan Respublikası ərazisində yeganə rəsmi idxalçısı və distribüteridir. Azərbaycanda satılan Nutella, Raffaello və Ferrero Rocher məhsulları bizim İtaliya və Polşadakı müəssisələrimizdə istehsal olunur. İstehsal olunduqdan sonra Ferrero məhsulları İtaliya və Polşadakı fabriklərdən birbaşa hər bir Qafqaz ölkəsinə ayrılıqda çatdırılır.

Bu məhsulların bəziləri bir neçə ölkə ilə ortaq etiketə sahib olduğu üçün müvafiq ölkələrin qanunvericiliyinin tələb etdiyi informasiyanı əks etdirir. Bura məhsulları digər ölkələrə idxal edən xarici şirkətlərin adları və ünvanları daxildir.

Ferrero Şirkəti azərbaycanlı alıcıları tam məmnun etməyə can atır. Buna görə də tezliklə yalnız Gürcüstan ilə ortaq etiketlərin olduğu məhsulları görə biləcəklər. Yeni qablaşdırma hazırlananadək müvəqqəti tədbir kimi hazırki etiketlərin üzərinə stiker etiketlər yapışdırılır”.

Qeyd edək ki, Ferrero 1946-cı ildən bəri qənnadı məhsulları istehsal edən italyan şirkətidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR