A seriyasında tibbi protokol dəyişdirilib

A seriyasında tibbi protokol dəyişdirilib
# 22 may 2020 23:32 (UTC +04:00)

İtaliya Futbol Federasiyası (FİGC) koronavirus pandemiyası üzündən dayandırılan çempionatın bərpasından sonra tətbiq olunacaq tibbi protokolun yeni variantını təqdim edib.

Apasport.az saytının məlumatına görə, bu variantda A seriyası klublarının qeydləri nəzərə alınıb.

Ən çox mübahisə doğuran karantinlə bağlı bənddə düzəliş də edilib. Təsdiqlənmiş varianta əsasən, futbolçulardan hər hansı birində koronavirus aşkarlanarsa, 14 günlük karantinə öncədən nəzərdə tutulduğu kimi bütün komanda deyil, təkcə həmin oyunçu yollanacaq.

Tibbi protokolla bağlı razılıq əldə olunmadığı üçün qrup halında məşqlərin mayın 18-nə planlaşdırılan startı təxirə salınıb. Mayın 4-dən bütün ölkədə açıq havada qaçışa icazə verilib.

İdman naziri Vinçenso Spadafora aprelin sonunda xəbərdarlıq edib ki, imzalanmış təhlükəsizlik protokolu olmadan A seriyası başa çatmış elan olunacaq. Martda dayandırılan A seriyasının bərpası iyunun 13 və ya 20-nə təsadüf edəcəyi gözlənilir. “Udineze” rəsmiləri 13-ü ilə bağlı variantı ağılsızlıq adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR