Joze Mourinyo İngiltərənin üç klubu ilə Çempionlar Liqasında iştirak edən ilk baş məşqçi olub

Joze Mourinyo İngiltərənin üç klubu ilə Çempionlar Liqasında iştirak edən ilk baş məşqçi olub
# 27 noyabr 2019 00:28 (UTC +04:00)

İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında ilk avrokubok matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının qrup mərhələsinin V turunun “Olimpiakos”la görüşünə təsadüf edib.

Portuqaliyalı mütəxəssis bununla da ilkə imza atıb. O, İngiltərənin üç klubu ilə Çempionlar Liqasında iştirak edən ilk baş məşqçi ünvanına yiyələnib.

Qeyd edək ki, J.Mourinyo qitənin ən nüfuzlu klub turnirində “Çelsi” və “Mançester Yunayted”in də “sükanı arxası”nda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR