"Mənzil İnşaatı Dövlət Agentliyi" MMC (MİDA) "Güzəştli mənzil" sisteminin funksionallığının artırılması ilə əlaqədar təkmilləşdirilməsinə dair keçirilən tenderlərin qalibini müəyyənləşdirib.
"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, Tender Komissiyasının qərarına əsasən, MİDA-nın elan etdiyi tenderin qalibi "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC seçilib.
Martın 16-da bu şirkətlərlə ümumi dəyəri 917 min manat təşkil edən müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət tərəfindən "Güzəştli mənzil" sistemində təkmilləşdirilmə işləri aparılacaq.