Vladanka Andreeva: Azərbaycan özəl sektorun yaşıl enerjiyə dəstəyinə görə digər ölkələrə örnək ola bilər

Vladanka Andreeva: Azərbaycan özəl sektorun yaşıl enerjiyə dəstəyinə görə digər ölkələrə örnək ola bilər
# 17 may 2024 11:20 (UTC +04:00)

"İqlim dəyişmələri ilə bağlı görülən işlər heç vaxt kifayət etmir. Bu mənada, biz hər birimiz güclərimizi birləşdirməliyik".

APA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfransda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxışı zamanı deyib.

“Mən özəl sektoru yaşıl enerji ilə bağlı sahəyə daha çox diqqət yetirməyə, daha çox investisiya yatırmağa çağırıram. Düşünürəm ki, Azərbaycan öz nümunəsi ilə digərlərinə örnək ola bilər. Dövlət təşkilatları, özəl sektor, QHT-lər bir yerdə iqlim dəyişiklikləri ilə mübarizədə ciddi iş görə bilər”, - o əlavə edib.

Onun sözlərinə görə, BMT olaraq Azərbaycana dəstək verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR