İqlim hesabatlılığında şəffaflığı təmin etmək üçün Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması bu gün fəaliyyətə başlayır.
APA xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil edilən “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O bildirib ki, bütün proseslər şəffaf aparılmalıdır: "Tərəflər dekabr ayına qədər iqlim dəyişikliyi ilə bağlı hesabatı təqdim etməlidir. Bu gün bu hesabatların uğurlu şəkildə təqdim edilməsi üçün platforma hazırlamışıq. Bakı Beynəlxalq İqlim Şəffaflıq Platforması bu gün fəaliyyətə başlayır.
Bizim əsas məqsədimiz tərəflər arasında daha güclü münasibətləri, kommunikasiyanı təmin etməkdir. Şəffaflıq və əməkdaşlıq hədəflərimiz sırasındadır", - o qeyd edib.