"Mədəniyyət" kanalında yayımlanan peşə təhsili üzrə "Dərs vaxtı" proqramının 25 may üçün cədvəli açıqlanıb.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 25 may saat 16:15-də Geyim üzrə dizayner ixtisası üzrə - Beldən kəsik və ətəyi yarım klyoş donun hazırlanması və 16:35-də İnteryer və eksteryerin bədii tərtibatçısı ixtisası üzrə Eskiz əsasında dekorativ gülün hazırlanması dərsləri olacaq.