Bakıda tələbə qız özünü 17-ci mərtəbədən ataraq intihar edib - YENİLƏNİB

Bakıda tələbə qız özünü 17-ci mərtəbədən ataraq intihar edib - <span style="color: red;">YENİLƏNİB
# 07 sentyabr 2016 15:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızla bağlı bəzi faktlar məlum olub.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, A. Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısından ayrılıb. İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

***

Saat: 17.38

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Mir Cəlal küçəsi 63 A ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR