Bəşər Əsəd prezident postundan getmək niyyətində deyil

Bəşər Əsəd prezident postundan getmək niyyətində deyil
# 06 noyabr 2016 09:38 (UTC +04:00)

Suriya prezidenti Bəşər Əsəd ölkəsində hərbi əməliyyatlar getdiyi zaman prezident postunda qalmasını öz borcu sayır və prezident postundan getmək niyyətində deyil.

APA-nın məlumatına görə, B. Əsəd “Sunday Times” qəzetinə müsahibəsində deyib ki, prezident postundan getmək və həyatdan zövq almaq onun üçün daha asandır.

Suriya prezidenti bildirib ki, böhran ona üstünlük qazandırmır, yalnız məsuliyyətini artırır: “Hazırda situasiya normalardan kənara çıxıb, müharibədir. Ali Baş Komandan kimi mən orduya rəhbərlik etməli, ölkəmi müdafiə etməliyəm. İndi getmək zamanı deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR