Putinin mətbuat katibi Özbəkistan prezidentinin ölümü ilə bağlı xəbərləri şərh edib

Putinin mətbuat katibi Özbəkistan prezidentinin ölümü ilə bağlı xəbərləri şərh edib
# 30 avqust 2016 12:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Kreml Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlı xəbərlərin təsdiqlənmədiyini bəyan edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni məlumatların olmadığını bildirib.

“Bildiyimizə görə, müxtəlif məlumatlar var idi və onlar öz təsdiqini tapmadı. İndi hər hansı informasiyaya malik deyilik”,- deyə o vurğulayıb.

Xatırladaq ki, ötən gün “ferqana.ru” saytı 78 yaşlı İslam Kərimovun öldüyü barədə məlumat yayıb. Özbəkistan hakimiyyəti bu xəbəri rəsmən şərh etməyib. Prezidentin qızı Lola Kərimova isə atasının beyin qanaması keçirdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR