Daşkəsən rayon sakini atdan yıxılaraq ağır xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Güneykənd kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Xalik Talıb oğlu atdan yıxılaraq ağır xəsarət alıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.