Bakıda “Muzey məlumat bazaları qeyri-qanuni ticarətə qarşı” mövzusunda beynəlxalq seminar keçirilib

Bakıda “Muzey məlumat bazaları qeyri-qanuni ticarətə qarşı” mövzusunda beynəlxalq seminar keçirilib
# 22 sentyabr 2008 08:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə “Muzey məlumat bazaları qeyri-qanuni ticarətə qarşı” mövzusunda beynəlxalq seminar keçirilib. APA-nın məlumatna görə, tədbirdə çıxış edən İCOM-un katibi Jenifer Tevenot seminarın İCOM Azərbaycan Milli Komitəsinin 15 illiyinə həsr olunduğunu deyib. Seminarda muzey əşyalarının qeyri-qanuni ticarətinin qarşısını almaq üçün İCOM “Obyect İD”-nin muzey təcrübəsinə daxil edilməsinin yolları və onun əsasında muzey məlumat bazalarının yaradılması məsələləri müzakirə olunub. J.Tevenot bildirib ki, mədəniyyət əşyalarının təsviri üçün istifadə edilən standart “Object İD” Beynəlxalq Muzeylər Şurasının sifarişi ilə Qetti İnstitutu tərəfindən hazırlanıb. İCOM katibi bu sənədin incəsənət əşyalarının oğurluğuna qarşıp mübarizədə və müdafiəsində hüquq- müdafiə orqanlarının işində mühüm əhəmiyyət kəsb etdiyini vuruğulayıb.
Tədbir çərçivəsində J. Tevenot və İNTERPOL-un baş katibliyinin təmsilçisi Karl-Xaynts Kindin rəhbəliyi altından iştirakçılar üçün praktiki treninqlər keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR