“Yaddan çıxmaz Qarabağ” ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək

“Yaddan çıxmaz Qarabağ” ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək
# 24 sentyabr 2008 09:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 2-dən 8-dək “Yaddan çıxmaz Qarabağ” ümumrespublika mədəni-siyasi aksiyası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, artıq üçüncü dəfədir ki, həyata keçirilən aksiya çərçivəsində Bakı şəhərində və bütün rayonlarda silsilə tədbirlər baş tutacaq. Aksiyanın ilk günündə, oktyabrın 2-də uşaqların asfalt üzərində rəsm sərgisi təşkil olunacaq. Oktyabrın 3-də isə Füzuli rayonunun Horadiz qəsəbəsində tanınmış sənətçilərin iştirakı ilə konsert proqramının təşkili, hərbi hissələrdə tədbirlərin, yazıçılarla görüşlərin və s. keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR