Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Milli Konservatoriyada aşıq sənəti tədris olunacaq

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Milli Konservatoriyada aşıq sənəti tədris olunacaq
# 29 noyabr 2008 10:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Milli Konservatoriyada aşıq sənəti tədris olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycan Aşıqlar Birliyi sədrinin I müavini Məhərrəm Qasımlı deyib.

Onun sözlərinə görə, artqı hər iki ali təhsil ocağında bu fənnin tədris olunması üçün razılıq əldə olunub və xüsusi tədris proqramı hazırlanıb. Gələn ildən etibarən isə hər iki təhsil ocağında aşıq sənətinin tədrisinin başlanılması nəzərdə tutulub.

Həmin proqrama Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin yeni çapdan çıxmış “Saz məktəbi” dərsliyi də salınıb. M. Qasımlı aşıq sənətinin tədrisi ilə bağlı daha bir neçə dərsliyin hazırlanacağını da diqqətə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR