Qobustanda “Qobustan pirləri” adlı tədbir keçiriləcək

Qobustanda “Qobustan pirləri” adlı tədbir keçiriləcək
# 15 aprel 2009 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bakı-İslam Mədəniyyəti Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində aprelin 18-də Qobustanda “Qobustan pirləri” adlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, qonaqlar ilk öncə Qara Atlı pirini ziyarət edəcəklər. Tədbirə yerli və xarici qonaqlar, mətbuat nümayəndələri dəvət olunub. İ. Hümbətovun sözlərinə görə, tədbirin birinci hissəsində “Qobustan pirləri” adlı fotosərgi və “Qobustan pirləri” adlı video çarx nümayiş olunacaq. Çarxın rejissoru Novruz Hikmət, operatoru isə Elxan Rüstəmovdur. Tədbirdə əməkdar artist Samir Səmədov və xalq artisti Mədinə Əliyevanın ifasında “Dərviş rəqsi”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansambllının çıxışı və tədbirin sonunda xalq tətbiqi sənət nümunələrinin nümayişi və satışının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Qobustan Azərbaycanın qədim tarixə malik olan mədəni məkanlarından biridir. Əsrlər boyu Qobustan ərazisi müqəddəs torpaq hesab edilib. Burada kollektiv rəqs səhnələri, qurbanvermə mərasimləri, ov öncəsi müxtəlif ayinlərin keçirilməsi öz əksini qayaüstü rəsmlərdə tapıb. Qobustan qayaüstü təsvirlərinin sonrakı tarixi dövrlərdə ilahi qüvvə tərəfindən yaradılmasının güman edilməsi, qayalarda mehrablar, qazılmış ayaq izlərinin müqəddəslərin ayaq izləri sayılması və bu kimi inamlara səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR