Şamil Mahmudbəyovun 85 illik yubileyi qeyd olunub

Şamil Mahmudbəyovun 85 illik yubileyi qeyd olunub
# 09 dekabr 2009 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində əməkdar incəsənət xadimi, rejissor Şamil Mahmudbəyovun 85 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Film Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev kinorejissorun həyat və yaradıcılığından danışıb. O, dövlət mükafatı laureatı olan Ş. Mahmudbəyovun “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Dərviş Parisi partladır” və digər məşhur filmlərə quruluş verdiyini deyib.
Tədbirdə mərhumun sənət dostları da onun yaradıcılığı haqqında danışıblar və rejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olunub. Muzeyin foyesində isə Şamil Mahmudbəyovun həyat və yaradıcılığını əhatə edən fotoları sərgilənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR