Ən fəal mədəniyyət işçiləri mükafatlandırılacaq

Ən fəal mədəniyyət işçiləri mükafatlandırılacaq
# 15 dekabr 2009 14:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə ən fəal mədəni-maarif müəssisələrinin və mədəni-maarif işçilərinin müəyyən edilməsi üçün keçirilən müsabiqənin yekunları açıqlanacaq. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ən fəal kitabxana”, “Ən fəal mədəniyyət evi”, “Ən fəal muzey”, “Hərbi-vətənpərvərlik sahəsində göstərilən mədəni xidmətə görə”, “Ən yaxşı bədii rəhbər”, “Ən yaxşı kitabxanaçı”, “Ən yaxşı mədəni-maarif işçisi”, “Ən yaxşı muzey işçisi”, “Ən yaxşı qoruq işçisi”, “Ən yaxşı xalq kollektivi” nominasiyalar üzrə qaliblər xüsusi hədiyyələr, mükafatlar, diplomlar və fəxri fərmanlarla təltif olunacaq. Mükafatlandırma mərasiminin dekabrın 22-də keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR