Səttar Bəhlulzadəyə həsr olunmuş sərgi keçirilib - FOTO

Səttar Bəhlulzadəyə həsr olunmuş sərgi keçirilib - <font color=red>FOTO</font>
# 16 dekabr 2009 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin rəngkarlıq janrında əsərləri nümayiş etdirilib. Rəssamlar İttifaqının katibi, əməkdar rəssam Ənvər Qarayev tələbələrin işlərini yüksək qiymətləndirib. S. Bəhlulzadənin yaradıcılığından söz açan ittifaq katibi, onun Azərbaycan incəsənətində danılmaz xidmətləri olduğunu vurğulayıb.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timurçin Əfəndiyev tələbələrdən razılığını dilə gətirib və bu cür tədbirlərin tez-tez təşkilini gənc istedadların daha da təkmilləşməsində müsbət rol oynadığını deyib.

Qeyd edək ki, sərgidə universitetin müxtəlif kurs tələbələrinin 30-a yaxın əl işi nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR