“Bakı - islam mədəniyyətinin paytaxtı-2009” ilinə yekun vurulması münasibətilə silsilə tədbirlər keçiriləcək

“Bakı - islam mədəniyyətinin paytaxtı-2009” ilinə yekun vurulması münasibətilə silsilə tədbirlər keçiriləcək
# 17 dekabr 2009 08:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 18-də “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” ilinə yekun vurulması münasibətilə silsilə tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, İncəsənət Muzeyində “Vokruq sveta” nəşriyyatı tərəfindən istehsal edilmiş “Azərbaycan” bələdçi kitabının təqdimatının keçirilməsi, Bakı haqqında rəsm sərgisinin təşkili, “Azərbaycan” kinoteatrında “Niyyət” filminin nümayişi nəzərdə tutulub. Elə həmin gün axşam Heydər Əliyev Sarayında “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” ilinin rəsmi qapanış mərasimi keçiriləcək. Mərasimdə öncə “Bakı-2009” filminin nümayişi, davamında isə müxtəlif rəqs kollektivlərinin ifasında konsertin təşkili planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR