“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ilinin təntənəli bağlanış mərasimi keçirilib - FOTOSESSİYA

“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ilinin təntənəli bağlanış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 dekabr 2009 17:01 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Elmar Məmmədyarov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri qatılıblar.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət ili çərçivəsində 500-ə yaxın müxtəlif mədəniyyət tədbirinin keçirildiyini bildirib: “Hesab edirəm ki, bu tədbirlərdən ən önəmlisi Beynəlxalq Muğam festivalı idi. Bu hadisə məhz Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində Azərbaycanın dünyada artan nüfuzu və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İSESCO ilə güclü əlaqələri hesabına mümkün oldu. Bu tədbiri yüksək səviyyədə qarşıladığına görə Bakı şəhərinə təşəkkür edirəm”.

İSESCO-nun baş katibinin müavini Hadi Əzizzadə bu cür məsuliyyətli işi yüksək səviyyədə həyata keçirdiyinə görə Azərbaycana təşəkkürünü bildirib. O, Bakının və bütövlükdə Azərbaycanın İslam Mədəniyyətinin Paytaxtı adına layiq olduğunu vurğulayıb.

Rəsmi hissə başa çatdıqdan sonra tədbirin bədii hissəsi başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR