Azərbaycanda 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib - FOTOSESSİYA

Azərbaycanda 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 yanvar 2010 10:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan prezidentinin “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə fərmanı imzalandıqdan sonra Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların aşkar edilməsi işinə başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq nazirlik tərəfindən Azərbaycanda milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri haqqında” Əsasnamə hazırlanıb. Bu günədək olan məlumata əsasən nazirlik tərəfindən 3566 adda müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib. Onlardan 1320 adda kitab abidəsi Mədəniyyət və Turizm Nazirliyinin sistemində, 2002 adda kitab abidəsi digər nazirlik, idarə və təşkilatların kitabxanalarında və muzeylərində, 244 adda kitab abidəsi isə şəxsi kolleksiyalarda olan nüsxələrdir.
Nazirliyə təqdim olunmuş məlumatlara əsasən, Prezident Kitabxanasında - 1088 adda, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında – 577 adda, BDU-nun Elmi Kitabxanasında – 287 adda, Milli Arxiv İdarəsində – 69 adda, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında – 143 adda, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda – 14 adda, Azərbaycan Texniki Universitetinin kitabxanasında – 48 adda, Azərbaycan Pedaqoji Universiteti – 190 adda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında – 36 adda, Azərbaycan Dillər Universitetinin kitabxanasında – 8 adda, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Elmi Tibb Kitabxanasında - 39 adda, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi Texniki Kitabxanasında - 30 adda, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Respublika Elmi Kənd Təsərrüfatı kitabxanasında - 50 adda, C. Cabbarlı adına Dövlət Teatr Muzeyində - 79 adda, L. Kərimov adına Azərbaycan xalçası və xalq Tətbiqi sənəti Dövlət Muzeyində - 39 adda, Musiqi Mədəniyyəti Dövlət Muzeyində - 4 adda, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan kitabxanalarda - 14 adda kitab abidələri müəyyən edilib və qeydə alınıb. Reyestrin tərtibi zamanı şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində çoxlu sayda kitab abidələri aşkar edilib. Bugünkü məlumatlara əsasən, reyestrə şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR